Xalq artisti evində ölü tapıldı

Xalq artisti evində ölü tapıldı

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Aktual.az xəbər verir ki, tanınmış aktrisanın meyiti Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva "Ötən ilin son gecəsi”, "Yol əhvlatı”, "Təhminə”, "Onun bəlalı sevgilisi”, "Atayevlər ailəsi”, "Ölsəm...bağışla”, "Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib.

 
Aktual.az
Xəbər 1365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR