Xaçmazda uçan körpü yeniləndi

Xaçmazda uçan körpü yeniləndi

Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

"Azəravtoyol” ASC-dən Aktual.az-a verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.
Yeni avtomobil körpüsü biraşırımlı olmaqla 14 metr uzunluğunda və 5,5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıdıb. Nəticədə 12 metr uzunluğunda və 4,5 metr enində olan körpü iki hissəyə bölünüb.
Əraziyə cəlb olunmuş "Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
 
Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR