Vyana hava limanında 50-yə yaxın uçuş ləğv edildi

Vyana hava limanında 50-yə yaxın uçuş ləğv edildi
  • DÜNYA

Vyananın "Şvehat" beynəlxalaq hava limanında  50-dək uçuş təxirə salınıb və yaxud ləğv edilib.

Aktual.az  APA-ya istinadən bildirir ki, buna səbəb Avropa ölkələrində hava nəqliyyatının hərəkətinə nəzarət edən "Avronəzarət"lə Avstriyanın müvafiq təşkilatı arasında yaranan texniki problem olub.

Avqustun 28-də tək "Avstriya hava yolları" aviaşirkətinin 30 aviareysi ləğv edilib. Bundan əlavə, İsveçrənin SWISS, Almaniyanın "Lufthansa",  "Germanwings" , "Eurowings", İspaniyanın "İberiya" və bir sıra digər aviaşirkətlərin Vyanadan uçuşları  təxirə salınıb.

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR