VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb

VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb

Putin təbrik məktubu göndərib.

Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb. Forumun təşkilatçıları Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyidir.

Ənənəvi irimiqyaslı tədbirdə hökumət nümayəndələri, deputatlar, diplomatlar və iki ölkənin bölgə rəhbərləri iştirak edir. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəhbərlik edir.

Rusiya və Azərbaycan prezidentləri forumun iştirakçılarına və qonaqlarına təbrik məktubları ünvanlayıblar. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ötən illər ərzində forum nüfuzunu möhkəmləndirib və hər iki ölkənin həyatında böyük və mühüm hadisə olması barədə daha inamla xəbər verir.   

“Forum Rusiya və Azərbaycan hakimiyyət orqanlarının rəhbərləri, QHT-lər, tanınmış alimlər, siyasətçilər, mədəniyyət xadimləri, işgüzar və ekspert dairələrinin nümayəndələrinin diqqətini cəlb edir, habelə bizim tərəfdaşlığımız üçün əhəmiyyətli olan geniş perspektivli ideya və layihələr ətrafında fikir mübadiləsinin aparılması üçün faydalı platformadır”.    

Forum çərçivəsində keçiriləcək ekspert görüşləri və “dairəvi masa”lar zamanı sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələrin rəhbərləri, həmsərhəd rayonların İH başçıları inteqrasiya münasibətlərinin problematikasını və nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.   

Tədbir zamanı Rusiya Xarici Ticarətin və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) arasında saziş və bir sıra perspektivli investisiya layihələri üzrə bir çox ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Regionlararası dialoq çərçivəsində ilk dəfə Rusiya-Azərbaycan Gənclər Forumunun keçirilməsi və bu tədbirin də gələcəkdə ənənəvi xarakter daşıyacağı gözlənilir.\oxuaz

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR