VHP-dən Fransaya sərt etiraz: “Makron ermənilərin oyuncağına çevrilib”

VHP-dən Fransaya sərt etiraz: “Makron ermənilərin oyuncağına çevrilib”

10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Qafqazda, xüsusilə də Dağlıq Qarabağda baş verən siyasi proseslər dinamik şəkildə dəyişərək müxtəlif variasiyalarda özünü biruzə edir. Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin qalib olması, Ermənistanın məğlub imici qərb siyasi dairələrini və dövlətlərini narahat etməyə başlamışdır. Belə ədalətsiz və qərəzli mövqe Fransa Respublikasının simaslnda xüsusi diqqət çəkməkdədir. Belə ki, 27 sentyabr tarixində başlayan hərbi əməliyyatlardan dərhal sonra Fransa prezidenti Emmanuel Makron Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb etmiş və Avropada Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa başlamışdır. Fransanın ATƏT-in Minsk qrupunda mövcud olan 3 həmsədr ölkədən biri olduğu və bu müharbədə bitərəf mövqe sərgiləməli olduğu təqdirdə, Azərbaycana qarşı qərəzli çıxış etməsi və işğalçı Ermənistan tərəfini dəstəkləməsi, eləcə də ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirməsi Fransa dövlətinə haqlı qəzəb yaradır. 44 günlük Vətən müharibəsində Azərbaycan, əslində, Fransanın da üzv olduğu Minsk Qrupunun işini və BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qətnamələrini təkbaşına icra etdi. Indi isə Fransa prezidentinin "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidir” bəyanatı siyasi naşılıq, tarixi bilgisizlik əlamətidir. Avropa mədəni tarixində xüsusi rolu olan fransız xalqına Makron kimi erməni oyuncağının rəhbərlik etməsi təəssüf oğurur.
Vətəndaş Həmrəyliyi Partiyası Fransa prezidentinin son bəyanatına kəskin etiraz edir, Fransa səfirinin bu məsələyə aydınlıq gətirməsini tələb edir.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR