Vergilər Nazirliyində yeni təyinatlar olub — FOTO

Vergilər Nazirliyində yeni təyinatlar olub — FOTO

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub

Aktual.az  Report-a istinadən xəbər verir ki, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olub. 

Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.
 
Aktual.az
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR