Vergi amnistiyası nəticəsində 624 milyon borc silinəcək

Vergi amnistiyası nəticəsində 624 milyon borc silinəcək

"Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin qüvvəyə minməsi nəticəsində ümumilikdə 44 704 vergi ödəyicisinin təxminən 624 mln. manat borcunun sillinməsi təmin oluncaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə Virgilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Natiq Şirinov bu gün "Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin parlamentin komitə iclasında müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu, vergi ödəyicilərinin iqtisadi aktivliyinin artmasına xidmət edəcək.

Qanun ümumilikdə 44 704 vergi ödəyicisini əhatə edəcək. Bunlardan 1 037-si dövlət, 43 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Faizlərin bağışlanması nəticəsində 386,4 mln. manat məbləğin silinməsinə nail olunacaq, bunun isə 125,5 mln. manat dövlət, 260,9 mln. manatı qeyri-dövlət sektorunun payına düşür.

Eyni zamanda, nağd hesablaşmalar qaydasının pozulmasına görə 6 304 vergi ödəyicisinin 3 mln. manatlıq maliyyə sanksiyasının silinməsi nəzərəd tutulur.

Digər maliyyə sanksiyaları ilə bağlı 13 780 vergi ödəyicisinin 234 mln. manatlıq maliyyə sanksiyası silinəcək.

Regionlar üzrə təhlil də göstərir ki, fazilərin silinməsi üzrə məbləğin 288,3 mln. manatı Bakı, 98 mln. manatı regionlardan olan vergi ödəyicilərinin, silinəcək digər maliyyə sanksiyaları üzrə cəmi 237 mln. manat məbləğin 138,5 mln. manatı Bakı, 98,5 mln. manatı regionlarda olan vergi ödəyicilərinin payına düşür.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR