Venesuelada etiraz aksiyalarında həbs edilənlərin sayı 500 nəfərə çatıb

Venesuelada etiraz aksiyalarında həbs edilənlərin sayı 500 nəfərə çatıb
  • DÜNYA

Venesuelada yanvarın 21-dən davam edən etiraz aksiyaları zamanı saxlanılanların sayı 500 nəfərə qədər artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, belə iddia ilə "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romeroözünün Twitter" səhifəsində bildirib.
"Saxlanılmalar davam edir. Həbs edilənlərin sayı artıq 500 nəfər olub", - deyə Romero yazıb.
Venesuelada hazırkı prezident Nikolas Maduroya qarşı kütləvi aksiyalar keçirilir. İki gün əvvəl Ali Məhkəmənin parlamentin spikeri vəzifəsindən azad etdiyi Xuan Quaydo özünü prezidentin vəzifələrinin icraçısı elan edib.
ABŞ və bir sıra ölkələr Quaydonu respublikanın müvəqqəti prezidenti kimi tanıdıqlarını elan ediblər. Maduro baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb. Venesuela prezidenti ABŞ-la diplomatik münasibətlərin kəsildiyini bildirib.
Daha əvvəl aksiyalar zamanı 364 nəfərin saxlanıldığı bildirilib. 
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR