Ukrayna rəsmilərinə və hərbçilərə Teleqram messencerini xidməti cihazlara quraşdırmaq və ondan istifadə etmək qadağan edilib.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.
Məhdudiyyət həmçinin təhlükəsizlik və müdafiə sektorunda çalışan işçilər, eləcə də kritik infrastruktura malik müəssisələr üçün tətbiq edilib.
Qeyd olunur ki, bu qərar təhdidləri minimuma endirmək üçün qəbul edilib.
Xəbər 350 dəfə oxunub.