Venesuelada böhran malyariyanın yayılmasına səbəb oldu

Venesuelada böhran malyariyanın yayılmasına səbəb oldu
  • DÜNYA

Ölkədə xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.

Ağır iqtisadi böhran Venesuelada malyariya epidemiyasının bərpasına səbəb oldu.

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Məlumata görə, mürəkkəb vəziyyət ən azı 70 min Venesuela sakinini dağ-mədən rayonlarına qızıl axtarışına getməyə vadar edib. Qızıl axtarışı malyariya daşıyıcıları – moskitlərin yayılması üçün əlverişli şəraiti olan məkanda aparılır.          

Nəşrin məlumatına görə, 2016-cı ilin 1-ci yarısında malyariyaya yoluxma sayı 72% artaraq 125 mindən ibarət olub. Bununla yanaşı, ölkədə sanitar-epidemioloji vəziyyət barədə hesabatı dərc etmir. 

Bundan başqa qəzet, Venesuelada xəstəliyin müalicəsi və profilaktikası üçün tibbi ləvazimatların kəskin çatışmazlığı mövcuddur.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR