Vəkil: Cahangir Hacıyev özünü təqsirli bilmir

Vəkil: Cahangir Hacıyev özünü təqsirli bilmir

“O, verilən yeməkləri yeyə bilmir”.

Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyevin səhhətində problemlər var:

“O, hələ də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Evdən gətirilən yeməkləri ona vermirlər. Orada verilən yeməkləri isə yeyə bilmir. Lakin dərmanlarını verirlər. Özünü cinayət işi üzrə təqsirli bilmir” .

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR