Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.
Aktual.az xəbər verir ki, bu barədə Azerinform.az saytı məlumat yayıb. Bildirilir ki, sesiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda, nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Hazırkı iclasda isə yalnız Ali Məclisin deputatları iştirak edir.
Saytın yazdığına görə, mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər. Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir.
Xəbər 177 dəfə oxunub.