Naxçıvan Ali Məclisinin sədri sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfəri təltif edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar:
Cabbarov Cabir Qulam oğlu
Hüseynova Səriyyə Yaşar qızı
İsmayılov Ədalət Qadir oğlu
Kəngərli Gülüsüm Həsən qızı
Qarayeva Səkinə Əvəz qızı
Quliyev Lətif İman oğlu
Sadiqov Zahir Abdulla oğlu
Səfərova Kəmalə Elxan qızı
Bundan başqa, Ali Məclisin sədri “Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan – Şərur el yallıları” kitablarının müəlliflərini pul mükafatı ilə təltif edib.