Ukraynada qeyri-adi taksi xidməti

Ukraynada qeyri-adi taksi xidməti
  • DÜNYA

Sentyabrın 23-də Ukraynada "Uber"ə rəqib "Taxify" taksi çağırışı xidməti işə salınıb.

Bu xidmətdən ilk olaraq Kiyev sakinləri istifadə edə biləcəklər. Şirkətdə ilkin hazırlıq keçən 200 sürücü çalışacaq. Sistem sərnişinlərə sürücüləri, sürücülərə isə sərnişinləri qiymətləndirməyə imkan verir. "Taxify" mobil əlavəsini Android və iOS-ə yükləməklə müştərilər avtomobil sifariş edə bilərlər. Gediş haqqını mobil əlavə vasitəsilə ödəmək mümkündür.

Qeyd edək ki, ilk dəfə "Taxify" xidməti 2013-cü ildə Estoniyada buraxılıb. Bu gün xidmət 9 ölkədə, o cümlədən Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır. //Azərtac 

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR