Ukrayna torpaq itkisi ilə barışmalı olacaq…

Ukrayna torpaq itkisi ilə barışmalı olacaq…

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət Vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
 
Aktual.az həmin müsahinə təqdim edir:
 
– Qüdrət bəy, sabah Elçibəyin haqq dünyasına qovuşduğu gündür. Onu gənc nəslə necə təqdim edərdiniz?

– Allah rəhmət eləsin. Elçibəy xalqını sevən türkçü idi. O, tarixdə Milli Azadlıq Hərəkatının lideri, ölkəni məhv olmaqdan xilas etmiş böyük dövlət adamı Heydər Əliyevin hakimiyyətə gedən yolunu təmizləyən şəxs kimi qalacaq. Xalqımızın ciddi siyasi dəyişikliklərə hazır olmadığını Elçibəyin prezident kimi siyasi və idarəetmə təcrübəsinin yetərli olmaması səbəbindən  vaxtında görməməsi  güclü düşmənlər qarşısında ölkəmizi çətin vəziyyətə saldı, torpaqlarımız işğal olundu, insanlarımız xeyli ağrı-acı yaşadı. Buna  baxmayaraq Elçibəy tarixdə müsbət tarixi şəxsiyyət kimi qlacaq. Elçibəyin prezident olmaq istəyi onun günahı deyildi, tarixi şərait və təcrübəsiz ətrafının təzyiqi bunu qaçılmaz etmişdi.

– Qüdrət bəy, Ukraynadakı son vəziyyəti necə şərh edərdiniz?

– Təəssüf ki, Zelenskinin təcrübəsizliyi Ukraynaya müharibədən yayınmaq imkanı vermədi. O başa düşmədi  ki, yaxın tarix və Əfqanıstandan "dovşan qaçışı” sübut edir ki, ABŞ – a sona qədər güvənib siyasət yürütmək nə qədər ölümcül təhlükəlidir. Müharibə başlayan gündən deyirəm ki, bir müddət sonra Qərb Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Hadisələrin sonrakı gedişi də təsdiq etdi ki, Rusiyanın əsas məqsədi Kiyevdə hakimiyyəti dəyişmək deyildi. Rusiyaya görə, bu, baş verərdisə çox yaxşı, alınmadısa, əsas məqsəd Kırımla quru əlaqəsinin yaradılması idi, hansı ki, Rusiya buna nail olub. Rusiyanı Ukrayna torpaqlarından çıxarmaq üçün NATO, 2-ci dünya müharibəsində olduğu kimi, Rusiyaya qarşı ikinci cəbhə açmalıdır. Buna isə onların cəsarəti çatmaz. Nə qoca Avropada, nə də ABŞ-da  Putinlə üz-üzə gəlmək gücündə və cəsarətində lider yoxdu. Böyük bir qismi də Putinə işləyir. Əvvəl dedilər Ukraynanın qələbəsi üçün uzaqvuran artillleriya lazımdır, sonra dedilər raketlər, hava hücumundan müdafiə sistemləri, sonra tanklar, indi deyiirlər F-16 lar lazımdır və s. Nə Rusiyaya indiki formada sanksiyalar, nə də Ukraynaya indiki  həcmdə silah tədarükü  heç nəyi dəyişməyəcək. Ukrayna Rusiyanın hərbi sənaye kompleksini dağıtmaq gücündə deyil, rus insanı da  müharibəni dəstəkləyir, çətin həyata da öyrəniblər. Yavan çörək, kartof və içki yetərlidir. Onlar üçün ruhun rahatlığı yeni ərazilərdi. Möcüzə baş verməsə Ukrayna məğlubiyyətlə, torpaq itkisi ilə  barışmalı olacaq. Qərbdə artıq Rusiyaya ərazi güzəştləri barədə  açıq danışmağa başlayıblar.

Xəbər 841 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR