“Demokratlar həmişə ermənipərəst olublar” – Qüdrət Həsənquliyev

“Demokratlar həmişə ermənipərəst olublar” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
 
Aktual.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ-da prezident Bayden namizədliyini geri götürüb vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürdü. Bu, seçkilərdə onların qələbəsini təmin edə bilərmi?
 
– Prezident Baydenin respublikaçı Donald Trampla teledebatı zamanı onun qocalıqdan doğan ciddi problemləri aşkar özünü göstərdi. Bundan sonra demokratlar Baydenlə seçkini udmağın mümkünsüzlüyünə əmin olub, onu geri çəkilməyə məcbur etdilər. Amma Amerika cəmiyyətinin prezident seçkilərində qadını müdafiə edəcəyi az inandırıcıdır. Əlbəttə, demək olmaz ki, onun heç bir şansı yoxdur. Çox şey Harrisin Trampla teledebatı zamanı bəlli olacaq. Harris debat zamanı yüksək intellekt və hazırlıq nümayiş etdirərsə, təmkinli, eyni zamanda cəsarətli olarsa, Trampdan çox yüksəkdə dayanmasını ortaya qoya biləksə seçkiləri uda bilər. Harris Trampın ” birinci Amerika” şüarına qarşı "Amerika dünyada birinci olaraq qalmalıdır’ (insan haqlarının qorunmasında , qanunun aliliyinin, azad bazar iqtisadiyyatının təmin edilməsində, beynəlxalq hüququn, bəşəri dəyərlərin müdafiə olunmasında) şüarını ortaya qoyub, bu tezisləri layiqincə müdafiə edə bilsə, seçkiləri udmaq imkanı qazanar. Çünki Amerikada Trampın ritorikasından, xarici siyasət məsələlərində naşı olmasından, qanunları pozamsından və dövlətin, sadə insanların bundan ziyan görəciyindən qorxan kifayət qədər insanlar var. Həm də Trampın qanunları pozması barədə məhkəmə qərarları var. Harrisin bundan necə istifadə edəcəyindən çox şey asılıdır.
 
– Kimin qalib gəlməsi Azərbaycanın maraqlarına daha çox cavab verir?
 
– Sözsüz ki, Trampın. Demokratlar həmişə ermənipərəst olublar. Azərbaycana dövlət yardımını qadağan edən, "Azadlığa yardım aktına” 907-ci düzəlişin müəllifi indiki prezident Baydendir. Amma biz Trampın prezidentliyi dönəmində Qarabağı işğaldan azad etdik, həm də ABŞ-ın haqsız hücumları ilə rastlaşmadıq. Kimi seçmək ABŞ vətəndaşlarının müstəsna hüququdur. Xeyirlisi Allahdan.
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR