Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb

Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb

Ukrayna Milli Təhlükəsizlik Xidməti Odessa yaxınlığında Rusiyaya məxsus "Neyma” tankerini saxlayıb.

"Report” "Meduzai”yə istinadən xəbər verir ki, buna səbəb adıçəklilən gəminin ötən il noyabrın 18-də Kerç boğazında Ukrayna gəmilərinin yolunu bağlamasıdır.
Ukrayna Milli Təhlükəsizlik Xidməti Hərbi Prokurorluğun nəzarətilə məsələyə dair ilkin istintaq başlayıb.
Qeyd edək ki, ötən il baş verən hadisə zamanı Rusiya Sahil Mühafizəsi 24 ukraynalı dənizçini əsir götürüb. Rəsmi Kiyev hesab edir ki, Rusiya izi itirmək üçün həmin tankerin adını dəyişdirərək "Nika Spirit” qoyub.
 
Aktual.az
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR