Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqladı

Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqladı

Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər.

Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

Arestoviç vəziyyətin hazırda pis olduğunu deyib: "Hazırda vəziyyət pisdir, indi və ya bir-iki həftə ərzində qoşunların çıxarılması ilə sülh razılaşması olacaq. Qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq. Bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra".

Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.
Xəbər 692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR