Ukrayna Ali Radasına yeni sədr seçilib

Ukrayna Ali Radasına yeni sədr seçilib
  • DÜNYA

Ukrayna Ali Radasına yeni sədr seçilib.

APA-nın "Ukrinform”-a istinadən verdiyi xəbərə görə, 382 deputatın dəstəklədiyi Vladimir Zelenskinin təsis etdiyi "Xalqın Xidmətçisi” Partiyasının sədri Dmitri Razumkov bu posta seçilib.
Dmitri Razumkov 1983-cü il oktyabrın 8-də Jitomir vilayətinin Berdiçiv şəhərində anadan olub. Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun "Beynəlxalq iqtisadi münasibətlər” və Dövlət Vergi Xidməti Universitetinin "Hüquq” ixtisası üzrə bitirib.
"Politconsulting Group”-un direktoru kimi çalışan D.Razumkov ticarət və dövlət sektorlarında, eləcə də siyasi partiyalarda çalışıb. 2006-cı ildən seçki kampaniyalarında işləyib.
2019-cu il prezident seçkilərində o, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin seçki qərargahının spikeri kimi çalışıb.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR