UEFA dünən baş verənlərə dair ilkin mövqeyini açıqlayıb

UEFA dünən baş verənlərə dair ilkin mövqeyini açıqlayıb
  • İDMAN

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”ın Lüksemburqda "Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb.

Bununla bağlı Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib. UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb.
"Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb” deyə cavabda vurğulanıb.
Görüşü şotlandiyalı Con Bitonun rəhbərliyi altında şotlandiyalı hakimlər briqadası idarə edib. Hakim-inspektor norveçli Yon Eylif Skyervold, UEFA nümayəndəsi isə avstriyalı Maykl Zoratti olub.
Qeyd edək ki, "Düdelanj” – "Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra "Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə qarşılaşmada fasilə yarandı və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri Dan Kerş stadionda çıxış edərək ölkəsi adından bütün Azərbaycan xalqından üzr istəyib. Nazir bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini və əli olanların ən qısa zamanda tapılaraq cəzalandırılacağını bildirilib. Bundan sonra isə oyun qaldığı dəqiqədən davam edib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib, hadisəni kəskin pisləyən bəyanat yayıb.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR