Ucarda canavarlar kəndə hücum edib

Ucarda canavarlar kəndə hücum edib

Ucar rayonunda canavarlar kəndə hücum edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.
 
Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun  həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında  canavarlar hücum edib. Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxşın qoyunu isə yaralayıb.
Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.
 
Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR