Uçan aparatlardan istifadə - Cinayət sayılacaq

Uçan aparatlardan istifadə   - Cinayət sayılacaq

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə etmə cinayət məsuliyyəti yaradacaq və bununla bağlı həbs cəzası müəyyənləşdirilir. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Azərbaycan Prezidenti tərəfindən layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR