Mayın 14-də günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.