Türkiyəni qana boyayan baş terrorçu tutuldu

Türkiyəni qana boyayan baş terrorçu tutuldu
  • DÜNYA

İstanbul Polis Təşkilatının terrorla mübarizə və kəşfiyyat şöbəsinin qrupları "Fərat Qalxanı" əməliyyatı ilə Türkiyə sərhədlərindən təmizlənən İŞİD terror təşkilatının irimiqyaslı terror aktlarını törətməyə hazırlaşdığını müəyyən edib.

Aktual.az publika.az-a istinadən bildirir ki, Ankarada təşkil edilən əməliyyatın gedişatında İŞİD-in Türkiyədə törətdiyi terror aktlarının təşkilatçısı tutulub.
 
"Azzov" kod adlı Əli əl-Aggal adlı terrorçunun Suriyada ən təhlükəli tayfa hesab edilən Aggal tayfasının üzvü olduğu deyilir.
 
İŞİD əməliyyatı çərçivəsində daha 24 nəfər İstanbulun Küçükçekmece səmtində tutulub. Onların 9-nun birbaşa olaraq Aggal ilə əlaqəli olduğu, İraq və Suriyadan gəldiyi bildirilir. Şübhəlilərin İstanbulda irimiqyaslı terror aktları təşkil etmək üçün Əli əl-Aggaldan partlayıcı maddələr və sursat gözlədikləri müəyyən edilib.
 
Xarici vətəndaşlar olan digər 15 şübhəlinin isə Yaxın Şərqdəki müxtəlif döyüş bölgələrinə getmək üçün Türkiyəyə gəldikləri müəyyənləşdirilib.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR