Türkiyəli nazir: ““Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır”

Türkiyəli nazir: ““Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır”
  • DÜNYA

Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır. 

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.

“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə B.Albayrak bildirib.

Nazir xatırladıb ki, “Metsamor” 47 il əvvəl inşa edilib: “Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”.  //Apa

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR