Türkiyədən Almaniyaya xəbərdarlıq

Türkiyədən Almaniyaya xəbərdarlıq

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş "G20" sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Welt" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nota iyulun 6-da  göndərilib. Məktubda "Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər", - deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.

"Welt"in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində "G20"-nin (Böyük 20-lik) sammiti keçirilib.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR