Türkiyədə terror aktı: Şəhid olan hərbçilərin sayı 7-yə çatıb

Türkiyədə terror aktı: Şəhid olan hərbçilərin sayı 7-yə çatıb
  • DÜNYA

 Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.


"Report” xəbər verir ki, terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri hospitalda dünyasını dəyişib.

Yaralı 2 hərbçinin durumu ilə bağlı əlavə məlumat verilməyib.  


***

Türkiyədə törədilən partlayış nəticəsində 4 hərbçi şəhid olub, 5-i isə yaralanıb.


"Report” NTV televiziyasına istinadən xəbər verir ki, hadisə ölkənin Batman əyalətinin Hasankeyf rayonunda baş verib.

Magistral yolda təhlükəsizliyi təmin edən hərbçilərin olduğu avtomobil ərazidən keçərkən əldəqayırma partlayıcı qurğu partladılıb.

Bölgədə terrorçulara qarşı irimiqyaslı anti-terror əməliyyatı başlayıb. 

Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR