Türkiyədə Qarabağ parkı salınacaq

Türkiyədə Qarabağ parkı salınacaq

Millət vəkili Q.Paşayevanın Türkiyənin Altıeylül bölgəsində Qarabağ parkı təklifini bələdyyə başqanı dəstəkləyib

Türkiyənin Balıkesir bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Altıeylül bələdiyyə başçısı Zekai Kafaoğlu ilə görüşüb. Q.Paşayeva yaxın zamanlarda Altıeylülün mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Altıeylül bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili Q. Paşayeva iki qardaş ölkənin bölgələri arasında əməkdaşlıqların daha da geişləndiyinə diqqət çəkərək Altıeylül bələdiyyəsi ilə Azərbaycan bölgələri arasında da bütün istiqamətlərdə əməkdaşlığın daha da artacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Altıylül bələdiyyə başçısı Zekai Kafaoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Altıeylüldə Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirərək bu təklifə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva Altıeylül bələdiyyə başçısı Zekai Kafaoğlu ölkəmizə dəvət edib, ona həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR