Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb.
Aktual.az Trend-ə istinadən məlumat verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.
İçərilərində 10 qadın ve 15 uşağın olduğu dəstənin Türkiyədən Suriyaya keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istədiyi bildirilir.
Saxlanılanlar arasında 14 azərbaycanlı ilə yanaşı, 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 1 İran və 1 Əfqanıstan vətəndaşı da var.
Aktual.az