Türkiyədə hərbi çevrilişə cəhd olub - Ərdoğan xalqa müraciət etdi+ VİDEO

Türkiyədə hərbi çevrilişə cəhd olub   - Ərdoğan xalqa müraciət etdi+ VİDEO

Millətimizi meydanlara çağırıram. 

“Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN kanalına müsahibəsində deyib. “Tarix boyu çevriliş etmək istəyənlər istəklərinə nail olmayıblar, yenə də belə olacaq. Millətimizə demokratiyaya sahib olmağı çağırıram”, - Ərdoğan bəyan edib.

 ***

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar girov götürülüb. "Report" xəbər verir ki, bunu France Press yazıb.

İstanbul və Ankarada əhali küçələrə çıxaraq hərbi çevriliş cəhdlərini pislədiklərini bəyan edirlər. 

*** 

Ankarada polis akademiyası partladılıb. “Report” xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Digər KİV-lər İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahının zəbt olunduğunu yazır.

*** 

Türkiyədə hərbi çevrilişə cəhd olub. "Report" Türkiyə KİV-nə istinadən xəbərverir ki, bunu ölkənin Baş naziri Binəli Yıldrım NTV kanalında canlı yayımda bildirib.

"Təəssüf ki, bir neçə saat əvvəl bəzi nöqtələrdə nəqliyyatın hərəkətini dayandırma və bəzi əhəmiyyətli binalarda mühasirəyə alma cəhdləri baş verdi. Bununıa əlaqədar güc strukturlarımız faliyyətə keçdi. Heç kimə xalqın iradəsinə silah gücünə təsir etmə cəhdinə yol verilməyəcək və bu işə əl qoyanlar da ən ağır cəzasını alacaqlar. Dövlətin, millətin pulu ilə silah əldə edərək həmin sillahı millətə tuşlayanlar öz cəzasını alacaqlar”, - baş nazir deyib.

Xəbər 789 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR