Türkiyədə 13 min məmur aldığı maaşı dövlətə qaytaracaq

Türkiyədə 13 min məmur aldığı maaşı dövlətə qaytaracaq
  • DÜNYA

Türkiyədə dövlət qulluğunda çalışan 13 min məmura verilən 6 illik əmək haqqı geri alınacaq.

Aktual.az  report-a istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisi, Milli Kəşfiyyat Təşkilatı (MİT), Milli Təhsil Nazirliyi də daxil olmaqla başqa qurumlarda fəaliyyət göstərən həmin məmurlar aldıqları 6 illik maaşları faizi ilə dövlətə geri qaytaracaqlar.

Məlumatda bildirilib ki, hər məmur orta hesabla 300 min türk lirəsi (165 min manat və ya 102 min dollar) məbləğində pulu dövlətə qaytaracaq.

Qeyd edək ki, 2010-cu ildə dövlət qulluğunda işləmək üçün 150 min nəfər imtahan verərək məmur olub. Onların 13 mini imtahanlardan saxta yolla keçib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR