Türkiyə Zəngəzurdan heç vaxt imtina etməyəcək - Safrastyan

Türkiyə Zəngəzurdan heç vaxt imtina etməyəcək - Safrastyan

Düşünürəm ki, Türkiyə Ermənistan və Azərbaycan arasında müqavilə imzalanana qədər gözləyəcək. O müqavilə imzalanmayana qədər, yaxud Türkiyə bunun imzalanacağını açıq şəkildə görməyincə, heç bir addım atmayacaq.
Aktual.az xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Safrastyan deyib.
"Uzun müddətdir deyirəm ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi layihəsindən heç vaxt imtina etməyəcək, çünki bu, ilk növbədə Türkiyə üçün vacibdir. Bu, təkcə Azərbaycanla deyil, Orta Asiyadakı türk dövlətləri ilə də əlaqənin olması və Türkiyənin qlobal ambisiyalarını həyata keçirməsi üçün vacibdir. Son illərdə görürük ki, Ərdoğan hakimiyyəti Türkiyəni regional dövlət çərçivəsindən çıxarmağa, qlobal proseslərə təsir edə biləcək rolu öz üzərinə götürməyə çalışır”, - erməni ekpert vurğulayıb.
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR