Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu sözləri bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, hazırda güzəştli məhsulların siyahısının hazırlanması üzrə işlər gedir.

N.Zeybekçi deyib ki, sazişin imzalanması 2017-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində gözlənilir.
 
Aktual.az
Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR