Türkiyə turist gətirən hər təyyarəyə 6 min dollar ödəyəcək

Türkiyə turist gətirən hər təyyarəyə 6 min dollar ödəyəcək
  • DÜNYA

Ölkədə baş verən terror aktlarına görə turist axını ilə bağlı problem yaşanır.

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, Türkiyə höküməti 2017-ci ildən etibarən ölkəyə turist gətirən hər təyyarəyə görə 6 min dollar ödəniş edəcək. Belə bir bəyanatla ölkənin baş naziri Binəli Yıldırım parlamentdə çıxış edib. 

"2016 cı ildə Türkiyədə turit axını ilı bağlı vəziyyət ürəkaçan deyil. Biz Rusiyayla münasibətlərin gərginləşməsi fonunda istədiyimiz nəticəni əldə edə bilmədik. Ona görə də, kompensasiya olaraq turistləri gətirən hər təyyarəyə görə turist agentliklərinə 6 min dollar ödəməyə hazırıq. ”

Baş nazir söhbətin məhz 2017-ci ildə Antalya, Muğla, Dənizli, Isparta və Trabzon şəhərlərinə turistlərlə dolu təyyarələrdən getdiyini vurğulayıb:

"Əgər təyyarə 200 sərnişin oturacağına sahibdirsə və bu təyyarədə gələn sərnişinlərdən 150 nəfəri turistdirsə, onda bu məbləğ 30%-dən çox artacaq-7800 dollar olacaq.”

Aktual.az 
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR