Türkiyə prezidentinin baş yavəri vəzifəsi ləğv edildi

Türkiyə prezidentinin baş yavəri vəzifəsi ləğv edildi

Türkiyə prezidentinin baş yavəri vəzifəsi ləğv edilib. 

Aktual.az  report-a istinadən bildirir ki, Türkiyə Prezident Administrasiyasında 1 baş yavər və 4 yavər vəzifəsi var. Ölkə prezidentinin hər addımında yanında olan baş yavər xidməti maşına minən yeganə şəxs idi.

Türkiyədə baş yavər vəzifəsi 1920-ci ildən bəri mövcud olub. Ancaq Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb. 

Məlumatda, həmçinin bildirilir ki, Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Eyni zamanda, hərbçilərin yerini xüsusi təyinatlı polislər alıb və prezidentin mühafizəçilərinin sayı iki dəfə artırılıb. 

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR