Türkiyə pomidorlarının Rusiyaya idxal tarixi rəsmən bəlli oldu

Türkiyə pomidorlarının Rusiyaya idxal tarixi rəsmən bəlli oldu
  • DÜNYA

Rusiya Federasiyasının (RF) Nazirlər Kabineti 2017-ci il noyabrın 1-dən Türkiyə pomidorlarının Rusiya ərazisinə tədarükünə icazə verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Dəyişiklik 2017-ci il noyabrın 1-dən etibarən Rusiya Kənd Təsərrüfatı Nazirliyinin müəyyənləşdirdiyi həcmdə Türkiyə pomidorlarının Rusiya bazarına tədarükünə imkan verəcək.
Bundan əvvəl kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov qeyd edib ki, Türkiyədən Rusiyaya 50 min ton həcmində olan pomidor tədarükü ümumilikdə bazara təsir etmir.
Onun sözlərinə görə, Rusiya bir çox ölkələrdən, o cümlədən Mərakeş, Azərbaycan, Özbəkistan, Belarusdan pomidor ixrac edir.


Aktual.az

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR