Türkiyə parlamentində HƏYƏCAN - Polis qapıları bağladı...

Türkiyə parlamentində HƏYƏCAN   - Polis qapıları bağladı...
  • DÜNYA

Bu dəqiqələrdə  təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin giriş qapıları bağlanılıb. 
 
Aktual.az avropa.info-ya istinadən bildirir ki, baş nazir Binali Yıldırım AKP-nin qrup toplantısında  danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.
  
Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir.
 
Bu qrupun parlamentdəki  HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.

Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR