Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Aktual.az Ölkə.Az-a  istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunun səlahiyyət müddəti başa çatıb.

Onun yerinə Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral təyin olunub. Bu xəbər artıq öz rəsmi təsdiqini tapıb.

Qeyd edək ki, rəsmi Ankara 15 iyul hadisələrindən sonra 22 ölkədəki səfirlərinin yerlərinin dəyişdirilməsi və geri çağırılması barədə qərar verib.Bu ölkələr içərisində Azərbaycanın da adı var. Səfirlərdən 12-si mərkəzi aparatda işlə təmin olunub.

İsmayıl Alpər Coşquna Türkiyə XİN-də yeni vəzifə verilib.

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR