“Türkan Şoray dünyada tanınan sənətkardır. Hər birimiz onu qəlbən sevirik. Onun filimlərinə böyük həvəslə baxırıq. Türkan xanım türk dünyasınn sənət sultanıdır”.
Aktual.az xəbər verir ki, bu sözləri azvision.az-a Bakı Dövlət Universitetinin rektoru, sabiq millət vəkili Abel Məhərrəmov bildirib.
“Uzaqlarda Arama” filminin qala-gecəsinə qatılan rektor Türkan Şoraya olan sevgisindən söz açıb:
“Türkan Şoray bütün dünyada kinosevərlər tərəfindən yaxşı tanınan aktrisadır. Onun əsli-kökü Azərbaycandandır. O, bizim qəlbimizdə yaşayan sənətkardır. Bu sevgi bizim nəsil üçün tarixidir. Türkan Şorayın şəklini kitablarda gəzdirirdik, divarlara vururduq.
Türkan xanım kino aləmində özünü təsdiqləyib. O, öz sənətinin sultanıdır. Qeyd edim ki, ona olan sevgi-məhəbbətim məni bura gətirdi. Onunla ilk dəfə görüşəcəyəm”.
Qeyd edək ki, bu gün Nizami Kino Mərkəzində Türkiyənin məşhur aktrisası Türkan Şorayın rejissorluğunu etdiyi “Uzaqlarda Arama” filminin qala-gecəsi keçirilib.
Aktual.az