Türk ordusu bir kəndi İŞİD-dən azad etdi

Türk ordusu bir kəndi İŞİD-dən azad etdi
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələri Suriyanın bir kəndini İŞİD-in işğalından azad edib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələrinin dəstəyilə Cerablus bölgəsində İŞİD-ə qarşı başladılan hərəkat nəticəsində Keklice kəndi ələ keçirilib. Bu kənd Türkiyə sərhədindən 3 kilometr cənubda yerləşir. 

Məlumata görə, bu gün səhər saatlarında başlayan əməliyyat uğurla aparılır. Türkiyə Silahlı Qüvvələri Cerablus bölgəsində İŞİD-in mövqelərini döyüş təyyarələri və mərmi topları ilə atəş altında tutmağa davam edir.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR