Türk dövlətlərin orduları bir yerdə - “Birləşdik”

Türk dövlətlərin orduları bir yerdə - “Birləşdik”

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib. Bu ilin iyul ayında Qazaxıstanın "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri genişləndirib, regional layihələr işə düşüb. Birgə hərbi təlimlərin keçirilməsi bölgə ölkələri arasında ittifaqı daha da gücləndirəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında hərbi birliyin gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ABŞ, AB və Türkiyənin də maraqlarına cavab verir. Çünki Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi birlik bölgəyə Rusiyanın təsir imkanlarını azaltmağa xidmət edəcək. Digər tərəfdən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi əməkdaşlığın dərinləşməsi bölgəni əhatə edən regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir”, - politoloq bildirib.
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR