Tural və onun kimilərinin Azərbaycana ekstradisiya edilməsi an məsələsidir"Deputat

Tural və onun kimilərinin Azərbaycana ekstradisiya edilməsi an məsələsidir

"Tural Sadıqlı bütün videoları sifariş əsasında çəkir və hər verilişin öz qiyməti var. Üstəlik, onun hədəfində olan insanlar anti-Azərbaycan qüvvələrinin ötürdüyü konkret siyahılar üzərindən seçilir. Sadəcə bu binamus, bu qanıpozuq gədə bir şeyin fərqində deyil ki, belə şərəfsiz fəaliyyətin axırı yoxdur, davam elətdirdiyi "kardaşyan yolu”nun ömrü maksimum 40 gündür və enində-sonunda törətdiyi cinayətlərə görə cavab verməli olacaq.” 

Aktual.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Diqqət edin: Tural kimsə haqda 1 video ilə kifayətlənmir. Çünki sifariş həmişə bahalı və silsilə xarakterli olur. Yaxşı bəs kimlər edir, həmin sifarişi? Dezolar, yalanlar, uydurmalar, saxta məlumatlar bu mürtədə daxildənmi ötürülür, yoxsa xaricdənmi? - Orasını bilmirəm. Amma  məlum kontekstdə mənim dəqiq bildiyim və əmin olduğum tək bir şey var: Ləyaqətli insanları gözdən salmağın tapşırığını Tural Sadıqlı adında alçağa, şizofrenikə, tərbiyəsizə kim verirsə, demək ki, onun elə özü də Turalın başqa bir tayıdır, düşmən əlinə oynayan yaramazdır, cinayətkarın yekəsidir.

Bir azdan nələr olacaq, nələr...Az qalıb! Tural və onun kimilərinin Azərbaycana  ekstradisiya edilməsi inanın ki, artıq an məsələsidir.

Dovşan kimi gələcəklər. Dəmir barmaqlıqlar arasından sincab kimi baxacaqlar.  Quzu balası kimi danışacaqlar. Əsas da onlara "nəfəs” verənlər barədə. Onları bu günə qədər "yemləyənlər” barədə. Onlara siyahı və sifariş göndərənlər barədə...

Və həmin vaxt kimlərin ağzı yanacaq, kimlərin maskası yırtılacaq, kimlərin üzü tüpürcək yağışı ilə islanacaq? –  bax bu məqama şahidlik eləməyi çox böyük səbirsizliklə və intizarla gözləyirəm!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 1012 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR