TRT-nin spikeri: “Qollarımızı bağlamışdılar, zorla xəbəri oxutdurdular...” — VİDEO

TRT-nin spikeri: “Qollarımızı bağlamışdılar, zorla xəbəri oxutdurdular...”   — VİDEO

TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, aparıcı xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuduğunu bildirib.

"3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımına çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", deyə aparıcı bildirib.

Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyə dövlət çevirilişi olduğunu demişdi.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR