TRT çevrilişin bəyanatını oxuyan aparıcı ilə AÇIQLAMA yaydı

TRT çevrilişin bəyanatını oxuyan aparıcı ilə AÇIQLAMA yaydı
  • DÜNYA

Türkiyənin TRT telekanalının aparıcısı Tijen Karaşın saxlanılması haqqında yayılan məlumat həqiqətəuyğun deyil.

Aktual.az  report-a istinadən bildirir ki, bu barədə TRT açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində avqustun 11-də TRT-nin 42 əməkdaşı saxlanılıb: "İnternet saytları və sosial şəbəkələrdə telekanalın aparıcısı Tijen Karaşın tutulması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Aparıcımız vəzifəsini davam etdirir".

Məlumata əsasən, iyulun 15-də FETÖ-çuların bəyanatı Tijen Karaşa təzyiq altında oxutdurulub.

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR