“TRT Avaz”ın sabiq prodüseri həbs edildi – Səfirin qətlinə görə

“TRT Avaz”ın sabiq prodüseri həbs edildi – Səfirin qətlinə görə
  • DÜNYA

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar "TRT Avaz” telekanalının sabiq prodüseri Heyrəddin Aydınbaş həbs edilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, H.Aydınbaş Ankarada cinayət işini aparan prokuror tərəfindən dindirilib.
Bundan sonra  cinayət işləri üzrə məhkəmə H.Aydınbaş barəsində "qəsdən adam öldürmədə  təşkilatçılıq" maddəsi ilə həbs qərarı verib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib. 
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR