"Tri kota" cizgi filmi "YouTube"da yarım milyarddan çox baxış sayı toplayıb


Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn məşhur "Tri kota" ("Üç pişik") cizgi filminin bütün seriyalarının "YouTube"un rusdilli seqmentdə ümumi baxış sayı yarım milyardı ötüb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.
Cizgi filminin təqdimatı 2015-ci ildə baş tutub. O, fantaziya və valideynlərinin tövsiyələri sayəsində müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışan üç pişik balası - Korjik, Kompot və Karamelkanın həyatından bəhs edir.
Cizgi filmi 156 epizoddan ibarətdir. Onların bir hissəsi hələ auditoriyaya təqdim edilməyib.
Cizgi filminin "YouTube" kanalı 2015-ci ilin dekabrında yaradılıb.
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR