Trampın Merkellə görüşü alınmadı

Trampın Merkellə görüşü alınmadı

ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkelin görüşü təxirə salınıb.
Publika.az xəbər verir ki, görüşün təxirə salınmasına səbəb gözlənilməyən hava şəraiti olub.
Bu günə təyin olunan ABŞ-Almaniya görüşü mart ayının 17-nə planlaşdırılıb. Səfərdə Rusiya və ABŞ münasibətləri, eləcə də Avropa əməkdaşlığı müzakirə ediləcək.
Kəskin hava şəraiti səbəbindən ABŞ-da 5,5 min reys təxirə salınıb. Məktəblərdə tətil elan olunub.
Güclü küləklər ölkənin Şərq istiqamətində ciddi fəsadlar törədib.
 
Aktual.az
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR