Trampı tənqid etdiyi üçün Maradonaya qarşı intizam işi açılıb

Trampı tənqid etdiyi üçün Maradonaya qarşı intizam işi açılıb

Meksika Futbol Federasiyası I Divizionda çıxış edən "Dorados” komandasının baş məşqçisi Dieqo Maradonaya qarşı intizam işi açıb.

"Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb 59 yaşlı mütəxəssisin Venesuela Prezidenti Nikolas Maduro və ABŞ rəhbərliyi barədə səsləndirdiyi fikirlərdir. Argentinalı canlı əfsanə XII turda "Tampiko Madero” ilə görüşdə qazandıqları 3:2 hesablı qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı olduğunu ifadə edərək, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu "kukla” adlandırıb.
Qeyd edək ki, "Dorados” 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR