Trampdan Ərdoğan açıqlaması

Trampdan Ərdoğan açıqlaması

ABŞ prezidentliyinə namizəd Donald Tramp Türkiyədə baş tutan hərbi çevriliş cəhdindən danışıb.

Aktual.az azvision.az-a istinadən bildirir ki, Tramp prezident Rəcəb Tayyib Ərdoğanın çevrilişi yatırtmaq üçün atdığı addımı yüksək qiymətləndirib:

"Mən bu addımı yüksək dəyərləndirirəm. Bəzi insanlar deyirlər ki, çevriliş cəhdi Türkiyə hakimiyyətinin öz planıdır. Lakin mən belə düşünmürəm", - Tramp bildirib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 265 nəfər ölüb, 1500-dən çox adam yaralanıb. 

Məlum hadisədən sonra bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.

Xəbər 2329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR