ABŞ prezidenti Donald Tramp Pentaqon əsgərlərinin Suriyadan geri çəkilməsi məsələsinə nöqtəni
qoyub.
Publika.az xəbər verir ki, prezident bu qərarının yalan olduğunu iddia edənlərə, ənənəsinə sadiq qalaraq,
tvitter hesabından cavab verib.
"Suriyadan və başqa yerlərdən hərbi qüvvələri geri çəkməklə bağlı kampaniya başlatmışam. Çəkilməyə
başlayınca ya yalan xəbər mediası, ya da məndən öncə işinin öhdəsindən gələ bilməyən bacarıqsız generallar
məndən və işə yarayan taktikalarımdan şikayət etməyi sevirlər. Sadəcə edəcəyimi söylədiyim şeyləri edirəm.
Ancaq nəticələr olacağını söylədiyimdən daha yaxşı oldu. Sonu olmayan savaşlara qarşı da kampaniya
başlatdım. Xatırlayın, Amerikada "qüvvələrimizi zəfərlə evə geri qaytarıram və pis media ilə başa
çıxacağam” deyə biləcək tək insan mənəm”, – Tramp qeyd edib.
Qeyd edək ki, Donald Tramp Suriyada İŞİD-ə qarşı mübarizə aparan Pentaqon qüvvələrinin Amerikaya geri
qayıtması haqqında qərar verib. Onun bu qərarı Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə
Fərat çayı və Münbiçdə terrorçulara qarşı hərbi hərəkat başlatmasından sonra verməsi diqqət çəkib. çünki
sözügedən məkanlarda ABŞ-ın hərbi bazaları yerləşir və həmin terrorçuların bir qismini məhz ABş
maliyyələşdirir.
Aktual.az
Xəbər 304 dəfə oxunub.